Photo Source: cookiesandthecaucasus.wordpress.com

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisidəki marşrut mikroavtobuslarının sərnişinlərinə ayaq üstündə və qoruyucu maskasız səyahət etmək qadağan edilir.

Bu barədə “Tbilisi mikroavtobusu” özəl şirkəti bildirib.

Mikroavtobuslardakı vəziyyətə nəzarət edə bilməyib pozuntuya yol verəcək sürücülər başqaları ilə dəyişdiriləcək.

Şirkət virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görüb. Gün ərzində paytaxtda hərəkət edən bütün nəqliyyat vasitələri hər gün dezinfeksiya edilir, sürücülərdə isə koronavirusun olub-olmadığı yoxlanılır”, – deyə şirkətdən qeyd edilib.

Hazırda Tbilisidə 1800-ə yaxın mikroavtobus fəaliyyət göstərir.