Əl-Kazımi: İraq Kürdüstanı İraqın ayrılmaz hissəsidir

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazımi bildirib ki, İraq Kürdüstanı İraqın mühüm və ayrılmaz hissəsidir.

Əl-Kazımi Kürdüstan Demokratik Partiyasının başçısı Məsud Barzani ilə danışıqlar aparıb.

Onlar İraqın milli təhlükəsizliyinə qarşı birgə mübarizə yollarını qiymətləndiriblər və 2021-ci il iyun ayı üçün planlaşdırılmış vaxtından əvvəl parlament seçkilərini müzakirə ediblər.

İraq Baş naziri qeyd edib ki, milli birliyin möhkəmlədilməsi Bağdad və Ərbil üçün prioritetdir.

Əl-Kazımi İraq Silahlıq Qüvvələri (SQ) və kürd qoşunları olan Peşmərgə arasında fəaliyyətlərin koordinasiyasına da diqqət çəkib.

Hərbçilərin koordinasiyası sayəsində İraq İŞİD terror təşkilatı ilə mübarizədən qalib ayrılacaq və ölkənin birliyini qoruyub saxlaya biləcək, deyə hökumət başçısı deyib.

Bu məqaləni paylaş