Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı təsdiq edilib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Firudin Qurbanov əmr imzalayıb.

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Bu, Elm və Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə əmrində öz əksini tapıb.

Qeyd olunub ki, dərs ili iki yarımilə bölünür:

I yarımil: 1 oktyabr – 26 yanvar;

II yarımil: 1 fevral – 31 may.

Bildirilib ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

əlavə tətil: 1-5 may (5 gün).

Bu məqaləni paylaş