Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından “Az.shafaqna.com”a verilən məlumata görə, 2022/2023 mövsümündə 6 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.

Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.

Əvvəlki məqaləTürkiyə ordusundan PKK-ya daha bir zərbə endirilib
Növbəti məqalədəABŞ: Nüvə müharibəsində qalib olmayacaq