Nüvə müharibəsində qalib olmayacaq.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Bu gün biz (Yaponiyanın) Xirosima və Naqasaki (şəhərlərinin) atom bombardmanları və nüvə silahının gətirdiyi dağıntılar barədə fikirləşirik. Biz yenidən bəyan edirik ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil və o (nüvə müharibəsi) aparılmamalıdır“, deyə o qeyd edib.

Xatırladaq ki, 1945-ci ilin avqust ayında Yaponiyanın Xirosima (6 avqust) və Naqasaki (9 avqust) şəhərlərinə ABŞ tərəfindən atom bombaları atılır. Nəticədə yüzminlərlə dinc yaponiyalı qətlə yetirilib və yaralanıb.

Əvvəlki məqaləFutzal üzrə Yüksək Liqanın iştirakçıları bəlli olub
Növbəti məqalədəAzərbaycanın legioner qadın atleti İslamiadanın ikiqat qalibi olması barədə danışıb