Avstriyada ata və onun 4 yaşlı övladı avtomobilin qatarla toqquşması nəticəsində dünyasını dəyişib.

Az.shafaqna.com xəbər verir ki, əslən Səudiyyə Ərəbistanından olan müsəlman ailənin avtomobili dəmir yolunda ilişib qalıb.

Ailə başçısı avtomobildəki xanımını və 2 uşağını çıxara bilib.

Lakin avtomobildə uşaq kreslosundakı öz 4 yaşlı övladını da çıxararaq xilas etmək üçün qayıtdıqda qatar avtomobillə toqquşub.

Nəticədə həm ata, həm də 4 yaşlı övladı dünyasını dəyişib.

Hadisə Sankt-Yohann şəhərində yaşanıb.

Mərhumun qohumu bildirib ki, qəza ailə istirahətdə olarkən baş verib.

Əvvəlki məqaləAzərbaycanda 2 vəzifəli şəxs işdən çıxarıldı
Növbəti məqalədəBu il 3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib