“Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.

Bu barədə “Az.shafaqna.com”-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirin təşkilatçıları qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnun olduqlarını bildirib, komandalara yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Konsert proqramı iştirakçı ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Əvvəlki məqalə“Neftçi” gürcü futbolçunu transfer etdi
Növbəti məqalədəAzərbaycanın bir sıra dövlət qurumu və banklarına kiberhücumlar olub