Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına (EUFOR “Althea”) alman kontingentin cəlb olunacağını açıqlayıb.

Məlumata əsasən, yeni kontingentin ölkədəki qoşunların gücləndirilməsi məqsədilə cəlb olunacağı bildirilib. Alman kontingentin qoşulması ilə Bosniya və Herseqovinadakı EUFOR “Althea” missiyasına cəlb olunan ölkələrin sayı 20-yə yüksələcək.

Qeyd edək ki, Almaniya Bundestaqı iyul ayında Bosniya və Herseqovinadakı Aİ sülhməramlı missiyasına 50 əsgərin göndərilməsini təsdiqləyib.

Əvvəlki məqaləQanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Növbəti məqalədəAzərbaycan Prezidenti İlham Əliyevdən SƏRƏNCAM