Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

“Az.shafaqna.com” xəbər verir ki, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.

Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanla, 2 gün sonra isə İranla qarşılaşacaq.

Əvvəlki məqaləBakıda yerli və əcnəbi gənclərlə görüş
Növbəti məqalədə“Neftçi”nin sabiq prezidenti UEFA-dan yeni təyinat alıb