
Gürcüstanın Marneuli rayonunun İmir kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.
Az.shafaqna.com xəbər verir ki, “Məhəmməd Rəsulullah (s)” adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.
Həmin kənddən ilahiyyatçı Hacı Kamran Məmmədovun mərasimin aparacılığını edib.
İlk olaraq açılış Qurani Kərimin tilavətilə olub.
Məscidin axundu Kərbəlayi Elçin Məmmədov qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik edib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayaraq təbriklərini çatdırdıqdan sonra Əhlibeyt imamlarının təvəllüd günlərini keçirmənin əhəmiyyətindən, həmçinin İmam Rzadan (ə) danışıb.
Mərasimdə “Əlmustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare də çıxış edib.
Bayram tədbiri şeir, mədhiyə və ilahilarin ifa olunması, püşk vasitəsilə isə 8 nəfərə Məşhəd ziyarəti hədiyyə olunması ilə şövqlənib.
























