Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Zabaykalsk diyarının Priarqunsk rayonunda bir kişi “Robin Qud” olmaq üçün 800 min rubl (18020 manat) və 3 ədəd noutbuk oğurlayıb.
Şübhəli Priarqunks qəsəbəsinin ticarət mərkəzindəki mağazalarından birinə girərək oradan 3 noutbuk və içərisində qeyd edilən məbləğ olan seyfi qaçırıb.
Həmin şəxs tutularaq polis bölməsinə gətirilib, o, etdiyi əməli etiraf edib.
Onun sözlərinə görə, pulların bir hissəsini dilənçilərə, başqa bir hissəsini isə ianə qutularına qoyub. Polis məlumatı yoxlayır.
Şübhəlinin üzərindən 57 min rubl (təxminən 1284 manat) pul müsadirə edilib.
Faktla bağlı cinayət işi başladılıb. Şübhəli həbs edilib.
Bu məqaləni paylaş