Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.

Artilleriyaçılarımız Beynəlxalq Ordu Oyunlarında iştirak etmək üçün Qazaxıstana səfər edib (FOTO)

Əvvəlki məqaləAzərbaycanda daha 452 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
Növbəti məqalədəElektron Təhlükəsizlik Xidməti vətəndaşları kiberhücumlarla bağlı diqqətli olmağa çağırır