İnsanlıq “doldurulmuş silahla” oynayır.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterriş Yaponiyanın Xirosima şəhərində ABŞ tərəfindən atom bombasının atılmasının 77-ci ildönümünə həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu qədər zamandan soran bəşəriyyət 1945-ci ildə Xirosima üzərindəki nüvə “göbələyindən” nələri öyrəndiyinə dair özünə sual verməlidir.

“Və ya bəşəriyyət məhvin bir neçə dəqiqəliyində olduğu soyuq müharibə dövründən (nələri öyrəndiyinə dair soruşmalıdır)”, – deyə o qeyd edib.

O deyib ki, bir zamanlar nüvə arsenalının azaldılması istiqamətində atılan addımlar ümid verirdi.

Quterriş bildirib ki, hazırda “yeni silahlanma yarışı sürət yığır”, ölkələrin arsenallarında isə təxminən 13 min ədəd nüvə silahı var.

“Nüvə silahına sahib ölkələrin nüvə müharibəsinin mümkünatını qəbul etmələri qətiyyən yolverilməzdir. İnsanlıq dolu silahla oynayır”, – deyə o əlavə edib.

Əvvəlki məqaləDİN əməkdaşları ov silahlarını təhvil götürüb
Növbəti məqalədəBədii gimnastika üzrə Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarına hazırlaşır