Az.shafaqna.com-un verdiyi xəbərə görə, Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail yığmasını 3:1 hesabla məğlub edib. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçılarına 1,5:2,5 hesabla uduzublar.

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-dək davam edəcək.

Əvvəlki məqaləPutin-Ərdoğanın danışıqlaırının nəticəsi – Ticarət dövriyyəsi 100 mlrd. dollara çatacaq
Növbəti məqalədəRusiya və Türkiyə prezidentləri birgə bəyanat imzalayıblar