Az shafaqna.com-un verdiyi xəbərə görə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən bildiriblər ki, infuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə olunur.

Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur.

Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Ümumi dəyəri 13,7 mln. manat olan layihədə AİŞ-in payı 20% təşkil edir.

Qeyd edək ki, Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Əvvəlki məqaləAzərbaycan Rusiyanın iyirmidən çox müəssisəsinə idxal icazəsi verib
Növbəti məqalədəPutin-Ərdoğanın danışıqlaırının nəticəsi – Ticarət dövriyyəsi 100 mlrd. dollara çatacaq