Az.shafaqna.com-un verdiyi xəbərə görə, Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.

Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.

Əvvəlki məqaləAzərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak olub
Növbəti məqalədəPirallahı rayonunda dərman zavodu tikiləcək