Az.shafaqna.com-un verdiyi xəbərə görə, hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku”, o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi” (İran) müsabiqələrində də iştirak edəcəklər.

Əvvəlki məqaləBeynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edildi
Növbəti məqalədəPutin və Ərdoğan nədən danışıblar