Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

“Az.shafaqna.com” xəbər verir ki, müvafiq əmri Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə sabiq DGK sədri Səfər Mehdiyev tərəfindən təyin olunmuşdu.

Daha əvvəl DGK yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.

Əvvəlki məqaləDaha bir Azərbaycan əsgəri Laçında HƏLAK OLDU
Növbəti məqalədəBDU ilə Jetısu Dövlət Universiteti arasında əlaqələr müzakirə olunub