Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası öz rəqiblərini Rusiya vətəndaşlarına qarşı “utancverici ksenofob-şovinist kampaniya” başlatmaqda ittiham edib.

Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, bu barədə partiyanın lideri İrakli Kobaxidze bəyan edib.

Xatırladaq ki, fevralda Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra çox sayda Rusiya vətəndaşı Gürcüstana gəlib. Gürcüstan müxalifətinin bir qismi hesab edir ki, vəziyyət nəzarətdən çıxır və bununla bağlı da müxtəlif tədbilərin görülməsini, o cümlədən də Rusiya ilə viza rejiminin tətbiq edilməsi və rusiyalılar tərəfindən ölkədə daşınmaz əmlakın alınmasına moratoriumun tətbiqini təklif edir.

Artıq bir neçə gündür ki, müharibə və satqınlar partiyası ksenofobiya kampaniyasının 2-ci dalğasını başlatmağa çalışır“, – deyə Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, müxaliflər əhalini inandırmağa çalışır ki, “misilsiz sayda” gələn rusiyalılar Gürcüstanın suverenlik və təhlükəsizliyi üçün ciddi təhdid mənbəyidr, lakin statistika bu iddiaları təsdiqləmir. Gələn Rusiya vətəndaşlarının sayı 2019-cu ildəkindən 3 dəfə azdır.

24 fevralda müharibə başlayandan sonra Gürcüstana gələn və 31 iyula olan vəziyyətə əsasən, Gürcüstanda olan Rusiya vətəndaşlarının sayı 110 mindən azdır ki, bu da Gürcüstan əhalisinin hətta 3 faizini belə təşkil etmir. Bundan başqa, onların (Rusiya vətəndaşlarının) böyük hissəsi milliyətcə gürcülərdir“, – deyə o bildirib.

“Gürcü Arzusu”-nun sədri “ksenofobiya kampaniyasının” müəlliflərini birbaşa açıqlayıb: Mixail Saakaşvili tərəfindən qurulan “Vahid Milli Hərəkat” və “onun peyk-partiyaları”, həmçinin bir sıra KİV-lər və ölkənin ən böyük müxalifət partiyası ilə əlaqəli “ən varlı QHT-lər”.

Kobaxidze hesab edir ki, bu kampaniyanın məqsədi “Gürcüstanı ikinci cəbhə etməkdir”. O, əmin edib ki, onun komandası heç vaxt buna yol verməyəcək və “müharibədən yaxa qurtarmaq üçün hər şeyi edəcək”.

Əgər ölkəmiz üçün ciddi təhlükə mənbəyi olan nəsə də varsa, o, ksenofob və şovinist kampaniyadır… Biz hər kəsi anti-dövlət və diskriminasiya kampaniyasından uzaq durmağa səsləyirik“, – deyə o əlavə edib.

Əvvəlki məqaləBaş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx yayımlayıb
Növbəti məqalədəARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb