Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avo depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Fonddan bildirilib.

“Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib”, – deyə açıqlamada qeyd olunub.

Əvvəlki məqalə“Rusiya vətəndaşlarına qarşı utancverici ksenofobiya kampaniyası aparılır”
Növbəti məqalədəZelenski eynicinsli evliliklərlə bağlı göstəriş verdi