
ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqton üçün ciddi nəticələrlə nəticələnəcək.
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri (XİN) Van İ bəyan edib.
Çinli nazir Rusiya XİN başçısı Sergey Lavrovla keçirdiyi görüş zamanı deyib ki, Pelosinin Tayvan səfəri vahid Çin prinsipinin və ABŞ-Çin ikitərfəli razılıqlarının ciddi şəkildə pozulmasıdır.
Van İ ABŞ-lı siyasətçinin məlum səfərini Çinin ərazi bütövlüyünə qəsd adlandırıb.
“Təbii ki, biz buna sərt reaksiya verməyə məcburuq. Bu vulqar komediya mütləq ABŞ üçün ciddi nəticələrlə nəticələnəcək, bunun bütün məsuliyyətini Vaşinqton daşıyır“, – deyə Van İ qeyd edib.