Az.shafaqna.com-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı iki il əvvəl Livanın paytaxtı Beyrut limanında baş verən böyük partlayışla bağlı beynəlxalq istintaqın aparılmasının vacibliyini vurğulayıb.

BMT ekspertlərinin verdiyi yazılı açıqlamada bu hadisənin ən böyük qeyri-nüvə partlayışlarından biri olduğu vurğulanıb.

‘‘Partlayışın niyə baş verdiyini öyrənmək üçün indiyədək heç bir iş görülməyib. Partlayışın ikinci ilində Livan xalqı әdalәtin tәmin edilmәsini gözlәmәyә davam edir. Livanın paytaxtı Beyrut limanında baş verən partlayışla bağlı beynəlxalq istintaqın aparılması ilә әlaqәdar çağırış edirik’’,-deyә bәyanatda vurğulanıb.

Partlayışdan sonra BMT-nin Livan hökumətini hadisəni araşdırmağa çağırdığı, lakin prosesin bir neçə dəfə əngəlləndiyi bildirilib.

“Qurbanların yaxınları Livan hakimiyyətinin çoxtərəfli sistemlə apardığı təhqiqat vasitəsilə verə bilmədiyi cavabları almaq ümidi ilə İnsan Hüquqları Şurasının himayəsi altında müstəqil araşdırmanın aparılması üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər”,-deyә bәyanatda vurğulanıb.

Bəyanatda BMT İnsan Haqları Şurasından bu çağırışları nəzərə alması və lazımi addımları atması tələb olunub.

2020-ci ilin 4 avqust tarixindә Beyrut Limanında partlayıcı maddələrin olduğu anbarda baş verәn yanğın  güclü partlayışa sәbәb olub.

Partlayış nəticəsində 200-ə yaxın adamın öldüyü, 6 mindən çox insanın yaralandığı, 300 min adamın da evlәrini tәrk etmәyә mәcbur olduğu bildirilib.

Əvvəlki məqaləSəngəçal terminalı neft və kondensat ixracını azaldıb
Növbəti məqalədəFHN əməkdaşları dənizdə 3 nəfəri xilas edib