Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Az.shafaqna.com” xəbər verir ki, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1989-cu il təvəllüdlü Babayev Əli Söhbət oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – 1984-cü il təvəllüdlü İbrahimov Azər Tofiq oğlu və 1972-ci il təvəllüdlü Zeynalov Cabbar Kərim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Əvvəlki məqaləFərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü ilə görüşüb
Növbəti məqalədəSəngəçal terminalı neft və kondensat ixracını azaldıb