polkovnik

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

“Az.shafaqna.com” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görülür.

Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, bununla bağlı müvafiq araşdırma aparılıb:

“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”

Əvvəlki məqaləAzərbaycanın Londondakı səfirliyinə hücum olub
Növbəti məqalədəFərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü ilə görüşüb