Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Az.shafaqna.com”a bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, araşdırma zamanı məlum oldu ki, radikalların mənsub olduqları təşkilat “Mehdi Qulluqçuları” adlanır
Bu təşkilat haqqında Google-da araşdırma aparıldı, Küveytin nəzarətindədir. 2018-ci il martın 10-da bir dəstə xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn əl-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qrupunun bayrağı ilə əvəzləyiblər.

Əvvəlki məqaləƏhaliyə 4 milyard manatdan artıq dəyərdə ödənişli xidmət göstərilib
Növbəti məqalədəDYP rəisinin rüşvət alması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA