Gürcüstanda yeni əməkhaqqı sisteminin işə salındığı iri dövlət klinikalarında tibb işçilərinin minimum əməkhaqqı 30% artıb.

Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə N.Qipşidze Universiteti Klinikasının – Respublika Xəstəxanasının rəhbəri Lika Çumburidze məlumat verib.

O bildirib ki, yeni əməkhaqqı sisteminə əsasən, həkimin minimum aylıq əməkhaqqı 1620 lari (1009 AZN) , sanitar işçinin maaşı isə 504 lari (313 AZN) təşkil edir. Kiçik həkimin maaşı saatda 6 lari (3,75 AZN) , ayda 1080 laridir (672 AZN) ;  Tibb bacısı – saatda 5,75 (3.58 AZN) , ayda 1035 lari (644 AZN);  Tibb bacısının köməkçisi – saatda 3 lari (1,87 AZN), aylıq – 540 lari (336 AZN) alır.

“Biz iyun ayından Respublika Xəstəxanasında qeyd olunan proqramı həyata keçirməyə başladıq. Tbilisiyə gəlincə, yeni əməkhaqqı sisteminə görə, həkimin minimum əməkhaqqı saatda 9 lari (5, 60 AZN) təşkil edir ki, bu da ayda 1620 laridir (1009 AZN). Sanitar vəziyyətində bu məbləğ saatda 2,80 (1,74), yəni ayda 504 lari (313 AZN) təşkil edir.

Lika Çumburidzenin izah etdiyinə görə, Respublika Xəstəxanasında yeni əməkhaqqı sistemi tətbiq edildikdən sonra bir sıra özəl klinikaların rəhbəri klinika ilə əlaqə saxlayıb və pilot proqramı paylaşmağı xahiş edib.

Əvvəlki məqaləJurnalistika ixtisasına keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb
Növbəti məqalədəUDİD və MİNOR proqramlarının qeydiyyatı uzadıldı