Son vaxtlar sürət həddinin aşılmasına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə radar və polis postlarından kənar ərazilərdə sürət rejminə əməl etməyən sürücülərə müraciət edib.

“Az.shafaqna.com” xəbər verir ki, bəzi sürücülər radar və polis postlarından kənar ərazilərdə sürət rejminə əməl etmirlər. Nəticədə bəzi hallarda elə bu səbəbdən ağır qəzalar baş verir və ölüm halları artır.

BDYPİ belə sürücülərə müraciət edib. İdarənin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev ”Xəzər” TV-yə bildirib ki, belə sürücülər əslində özlərini aldatmış sayılırlar.

Son dövrlərin statistikasına baxanda aydın olur ki, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əksəri əsasən yüksək sürət səbəbindən olur. Rövşən Tağıyev bildirib ki, orta sürətin hər bir km/saat artması ölümcül xəsarətlərin 4%, ciddi xəsarətlərin isə 3% artması ilə nəticələnir.

Müraciətdə deyilir ki, sürücülər yol-hərəkəti qaydalarına riayət etməklə həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verməlidir.

Əvvəlki məqaləMüdafiə Nazirliyindən mövcud vəziyyət barədə MƏLUMAT
Növbəti məqalədəJurnalistika ixtisasına keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb