Ermənistanın Azərbaycanla cəbhədəki müharibəsi başa çatsa da, ölkəmizə qarşı gizli müharibəsi, terror siyasəti 2 ilə yaxındır ki, davam edir.

“Az.shafaqna.com” xəbər verir ki, söhbət mina terrorunda gedir. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilən Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlarında brinin sağ ayağı amputasiya olunub. Minatəmizləmə Agentliyinin əməliyyat İdarəsinin rəisi İdris İsmayılov bildirdi ki, indiyədək yüzlərlər insan minaların qurbanı olub. Təssüf ki, onların arasında hərbçilər də var, mülkü şəxslər də.

C.Qafqazda ən çox mina qurbanlarının sayı Azərbaycandadır. Xəsarət alan və ya həlak olanların 51 faizi tank və piyada əleyhinə olan minaların qurbanı olub.

İşğalda azad edilən ərazilərinin böyük əksəriyyəti minalanıb. Amma bu günə qədər ANAMA 17 min 600-dən çox ərazini minalardan və partlamamış hərbi sursatlardan tam təmziləyib. 36 min 531 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Xüsusilə xatırladaq ki, 2020-ci ilin noyabrında kapitulyasiya edən Ermənistan o ərazilərdən çıxmaq üçün vaxt istəyəndə ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını minalayıblar. Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir.

Bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Ölkədə hakimiyyət dəyişikliyi baş verdi, özünü demokrat elan edən Paşinyan hakimiyyətə gəldi, bu ölkə müharibədə ağır məğlubiyyətə uğradı, amma yenə də öz terrorçu mahiyyətindən əl çəkmir.

Əvvəlki məqaləBakı Bulvarında intihara cəhd edən qadın xilas edildi – VİDEO
Növbəti məqalədəGürcüstanda zəlzələ