Müdafiə Nazirliyi hərbi qulluqçunun sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar açıqlama yayıb.

Müdafiə Nazirliyindən “Az.shafaqna.com”a daxil olan açıqlama deyilir:

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər U.Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”.

Əvvəlki məqaləBakının Fatimeyi-Zəhra (s.ə) məscidində İmam Hüseyn (ə) əzadarlığı
Növbəti məqalədəAzərbaycan Prezidenti bu şəxsləri mükafatlandırdı – MƏBLƏĞ