Steve Bidmead/Pixabay

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, cari ilin iyul ayında Özbəkistan qızıl satışında dünya lideri olub.

Buna Ümumdünya Qızıl Şurasının məlumatları dəlalət edir.

Belə ki, Özbəkistan 11,6 ton qızıl ixrac edib.

2-ci yerdə isə Monqolustandır – 6,1 ton.

Almaniya və Rusiya isə hərəsi cəmi 0,5 ton qızıl satıb.

Qızıl alışında isə liderlik Türkiyədədir – 19,4 ton. Onun ardınca Qətər (3,1 ton), Hindistan (2,8 ton), Qazaxıstan (1,9 ton), Ukrayna (0,3 ton) gəlir.

Qeyd edilir ki, iyul ayında dünya bazarında qızılın qiyməti ortalama 58 dollar idi. Hazırda isə onun qiyməti 62,53 dollardır.