
Pakistan Müdafiə Nazirliyi bazar ertəsi günü baş verən vertolyot qəzası ilə yeni açıqlama yayıb.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, hadisə zaanı 2-si general olmaqla, 6 hərbçinin həyatını itirdiyi bildirilib.
“Vertolyotun göyərtəsindəki bütün 6 hərbçi həlak olub. Onların arasında Pakistan ordusunun 12-ci korpusunun komandanı general-leytenant Sərəfraz Əli və pakistan Sahil Mühafizəsinin rəisi general-mayor Əmjəd Hənif Sətti də var”, – deyə qeyd edilib.
Qəza ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş verib.
İlkin məlumatlara görə, qəzaya səbəb hava şəraiti olub.