Peyvənd olunmamış şəxslərə Ümrə ziyarəti və ibadətlərin yerinə yetirilməsi üçün Məkkə şəhərindəki Məscidül-Hərama girişə icazə verilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, icazə bir şərtlə verilir ki, həmin ziyarətçilər koronavirusa yoluxmuş olmasınlar və ya yoluxmuş şəxslərlə kontaktda olmuş olmasınlar.

Həmçinin eyni şərtlə Mədinə şəhərindəki Məscidün-Nəbi məscidində də ibadət etməyə icazə verilib.

Ümrə ilə bağlı yeni mövsüm şənbə günü başlayıb. Yeni mövsümdə ümumilikdə 10 milyondan çox zəvvarın olacağı gözlənilir.

Əvvəlki məqaləRusiya: ABŞ Tayvan səfərilə diqqəti Ukraynadan yayındırır
Növbəti məqalədəÇin: ABŞ Avropadan nüvə silahlarını çıxarmalıdır