Xəbər verdiyimiz kimi, Gəncədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı intihar edib.
“Az.shafaqna.com” xəbər verir ki, hadisə ilə bağlı FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsinin əməkdaşı Azad Sarıyevlə əlaqə saxlanıb.
A.Sarıyev bildirib ki, hadisə qeyri-iş saatlarında baş verib:
“23 yaşlı Təbriz Süleymanov ötən gün yaşadığı evdə özünü asaraq intihar edib. Mərhum FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. Qeyd etdiyim kimi, hadisə qeyri-iş vaxtında olub.
Bizdə də ətraflı məlumat yoxdur. Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır”.
Bu məqaləni paylaş
