Əfqanıstanın Məzari-Şərif şəhərində İŞİD-in hücumunun qarşısı alınıb.

Az.shafaqna.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bəlx polisinin nümayəndəsi Məhəmməd Asif Vəziri məlumat verib.

Onun sözlərinə görə, Məzari-Şərifin 4-cü təhlükəsizlik rayonunda İŞİD ilə Əfqanıstan təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib.

“Məzari-Şərifin 10-cu təhlükəsizlik bölgəsində təhlükəsizlik qüvvələrini məhv etmək istəyən İŞİD yaraqlısının həbsindən sonra silahlı qarşıdurma başlayıb. Bir İŞİD üzvü əvvəlcə yaralanıb, sonra həbs edilib, digər ikisi isə hadisə yerindən qaça bilib”, deyə Asif Vəziri qeyd edib.

Əvvəlki məqaləBakıda məşhur mağazalar şəbəkəsinin filial müdirinin iş yerində meyiti tapıldı
Növbəti məqalədə“Neftçi”nin rəqibi Vyanadan Bakıya yola düşüb