Nüvə məhvinin təhlükəsi hazırda “soyuq müharibə” dövründəki səviyyəyə çatıb.

Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterriş Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi (NSQAM) bəyan edib.

Yaranmış geosiyasi vəziyyəti nəzərə alaraq, NSQAM həmişəkindən də zəruridir. Silahsızlaşdırma yoluna geri dönmək lazımdır, çünki nüvə məhvinin təhlükəsi soyuq müharibə zamanlarındakı səviyyəyə çatıb“, – deyə o qeyd edib.

Hazırda bəşəriyyəti yalnız bir anlaşılmazlıq, bir səhv hesablama nüvə məhvindən ayırır. <…> Hələ ki, bizim bəxtimiz gətirir, lakin bəxtigətirmə – bu, strategiya deyil“, – deyə Quterriş bildirib.

O deyib ki, hazırda nüvə silahının tətbiqinə qarşı normanı möhkəmlətmək və təsdiq etmək lazımdır.

Üstəlik, BMT Baş katibi hesab edir ki, nüvə müharibəsinin baş vermə riskinin azalması kifayət etmir. Onun sözlərinə görə, nüvə silahının heç vaxt tətbiq edilməyəcəyinin yeganə zəmanəti onun məhvidir.

Əvvəlki məqaləŞuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi
Növbəti məqalədəMarneulidə Məhərrəm ayı mərasimi – Foto