İran prezidenti Seyid İbrahim Rəisi Ərbəin zəvvarlarına daha yaxşı qulluq edilməsinin əhəmiyyətini vurğulayıb.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, o, İran hökuməti və rəsmilərinin Ərbəin zəvvarları üçün ən yaxşı şəraiti təmin etməli olduğunu bildirib.

Rəisi bu barədə Mərkəzi Ərbəin Qərargahının üzvləri ilə görüş zamanı bəyan edib.

İran prezidenti bu mərasimlərn mümkün qədər möhtəşəm keçirilməsi üzrə bütün təsisatların, təşkilatların və nazirliklərin fəaliyyətlərini yüksək qiymətləndirib.

O deyib ki, Ərbəin Aşuranın yaşamasının zəmanətdarıdır.

Rəisi Ərbəin yürüşünü region və dünyada beynəlxalq müqavimətin cəbhəsi və ocağı adlandırıb.

Biz hamımız bu mərasimi, bütün ölkələin müsəlmanların böyük hərəkatı kimi, müntəzəm surətdə və istənilən nöqsanlardan uzaq keçirməyə çalışmalıyıq“, – deyə o əlavə edib.

Bu mərasimin mümkün qədər möhtəşəm keçirilməsi ölkə üçün olduqca müsbət təsirə sahib olacaq və İslam inqilabı dostlarına ümid, düşmənlərinə isə məyusluq verəcək“, – deyə Seyid İbrahim Rəisi bildirib.

Əvvəlki məqaləBirinci Qarabağ müharibəsi əlillərinə ŞAD XƏBƏR
Növbəti məqalədəBaş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər