Az.shafaqna.com-un verdiyi xəbərə görə, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Odessa limanından taxılla yüklənmiş ilk ticarət gəmisinin yola düşməsini alqışlayıb.

Qara dəniz taxıl təşəbbüsü çərçivəsində üzən ilk ticarət gəmisi haqqında açıqlama verən Stephane Dujarric deyib:

“Baş katib fevralın 26-dan bəri Ukraynanın Odessa limanını tərk edən ilk kommersiya gəmisi olan “M/V Razoni”nin yola düşməsini səmimiyyətlə alqışlayır”.

DÜjarric 22 iyulda İstanbulda imzalanan Qara dəniz taxıl təşəbbüsü çərçivəsində yola düşən ilk gəminin Livanın Tripoli Limanına 26 min 527 ton qarğıdalı daşıdığını bildirib.

“Mövcud taxıl və ərzaq məhsullarının qlobal bazarlara daşınmasının təmin edilməsi vacib humanitar addımdır”,- deyə o vurğulayıb.

Sözçü Düjarrik qeyd edib ki, ilk gəminin hərəkəti BMT, Ukrayna, Rusiya və Türkiyə nümayəndələrinin daxil olduğu Birgə Koordinasiya Mərkəzinin kollektiv nailiyyəti olub:

“Mərkəz yaradılandan bəri tərəflər BMT-nin dəstəyi ilə təşəbbüslə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün yorulmadan çalışırlar. Baş katib bu səylərdən məmnunluğunu ifadə edib və Türkiyə rəhbərliyinə minnətdarlığını bildirib”.

“Razoni” adlı gəminin imzalanan təşəbbüsə uyğun olaraq yola çıxan gəmilərdən ilki olduğunu bildirən Düjarrik bildirib ki, Baş katib ümid edir ki, bu, xüsusilə humanitar cəhətdən ən həssas qruplar üçün qlobal ərzaq təhlükəsizliyində çox ehtiyac duyulan sabitliyi və rahatlığı gətirəcək. Təşəbbüsün humanitar ruhuna uyğun olaraq, Ümumdünya Ərzaq Proqramı (WPP) həmçinin 30 min ton məhsul satın alaraq, BMT tərəfindən icarəyə götürülən bir gəmiyə yükləyib göndərməyi planlaşdırır. Yaxın günlərdə WFP bu barədə ətraflı məlumat verəcək”.

Əvvəlki məqaləBakıda Misirin milli bayramı münasibətilə ziyafət təşkil olunub
Növbəti məqalədəErməni mətbuatında yayılan məlumat yalandır – MN