Sumqayıtda avtosalonların birində maşında meyit tapılıb.

“Az.shafaqna.com” xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində avtomobil satışı ilə məşğul olan obyektlərin birində qeydə alınıb.

Belə ki, “Lada Priora” markalı avtomobildə kişi meyiti aşkarlanıb. Meyitə baxış zaman onun 1971-ci il təvəllüdlü Məmmədov Dadaş Hacı oğlu olduğu müəyyən edilib. Məlumata görə, 51 yaşlı D. Məmmədov həmin salonda gözətçi işləyirmiş. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycanda alim VƏFAT ETDİ
Növbəti məqalədəQaxda yol qəzasında 2 nəfər xəsarət alıb