
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya AUE qadağan edildikdən sonra bu hərəkatın qanadının təşkilinə görə ilk hökm oxunub.
Bu barədə Rusiya Baş prokurorluğu məlumat verib.
Hökm 3 nəfərin barəsində çıxarılıb. Onlar “Ekstremist cəmiyyətin təşkili”, “Ekstremist fəaliyyətin həyata keçirilməsinə açıq çağırışlar” və digər maddələrlə müqəssir elan ediliblər.
Baş prokurorluğun məlumatına görə,saxlanılan şəxslərdən ikisi 2011-ci ildə təsbit edilməmiş şəxslə birlikdə “Vkontakte” sosial şəbəkəsində “AUE” adlı ekstremist qrup yaradıblar. 2011-ci il noyabr ayından 2018-ci il may ayınadək qrupda 30 minə yaxın material paylaşılıb.
Qrup yaradıcı 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu işdə ona kömək edən şəxslər də azadlıqdan məhrum edilib.
Qeyd edək ki, AUE hərəkatı kriminal həyat tərzini və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı cinayətlərin törədilməsini təbliğ edir. Bu hərəkat 17 avqustda Rusiyada qadağan edilib.






























