Təl-Əviv – Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edilib.

Bu barədə “Az.shafaqna.com”-a AZAL-dan məlumat verilib.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.

Sərnişin uçuş zamanı vəfat edib.

Əvvəlki məqaləAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10 milyon manat ayrılıb
Növbəti məqalədə“Azərbaycanfilm” kinostudiyası yeni sayt və loqosunu təqdim edib