Dubayın Yol və Nəqliyyat İdarəsi 3 işçiyə – 2 taksi sürücüsü və parketmə inspektoruna sərgilədikləri dürüstlük və əxlaqi rəftarlarına görə mükafatlar verib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, parketmə inspektou Ubeyd Miftah Abdulla fədakarlıq və öz öhdəliklərinə vicdanla yerinə yetirdiyinə görə mükafatlandırılıb.

Dubay Taksi Korporasiyasının əməkdaşı olan müsəlman xanım sürücü Nensi Orqo sərnişin taksinə unutduğu və içərisində 1 milyon dirhəm olan çantanı sahibinə çatdırıb.

Sürücü Ömər Əltaf Hüseyn də sərnişinin salonda unutduğu pul qabını sahibinə çatdırıb.

Qeyd edək ki, ölkədə dürüst sakinlərin mükafatlandırılması artıq ənənə halını alıb.

Əvvəlki məqaləAzərbaycanda iki qadını öldürüb yandıran şəxslərin daha bir cinayəti üzə çıxdı
Növbəti məqalədəBakı-Quba yolunda dəhşətli qəza: 2 qadın sərnişin öldü, 3 yaralı var