
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, həkim-kardioloq, Rusiya Elmlər Akademiyasının (REA) müxbir-üzvü Simon Matskeplişvili infarktla bağlı ən məşhur yanlış fikirləri açıqlayıb.
Onun sözlərinə görə, ürək nahiyyəsindəki yandıran və sıxan ağrı xəstəliyin əsas əlaməti deyil.
“Miokard infarktının əldə, çənədə, kürəkdə ağrı ilə izhar olan çoxlu maskası var və ya infarktın ağrısız formaları da var. Ağrıdan başqa, əhvalın istənilən pisləşməsi, xüsusilə də risk faktoru olan insanlarda, diqqətə səbəb olmalıdır”, – deyə o bildirib.
Digər yayılmış əfsanə infarktın genişliyi ilə ağrı sindromunun və ya digər təzahürlər arasında birbaşa əlaqənin olmasıdır.
Kardioloq infarkt keçirmiş insanlara intim həyatın qadağan edilməsi ilə bağlı fikirləri də təkzib edib.
“Əgər stenokardiyası olmayan bir kişi təngnəfəslik olmadan nisbətən asan 3-cü mərtəbəyə qalxa bilirsə, bu, cinsi aktivlik zamanı baş verən fiziki yüklənmə ilə eynidir. Deməli, o, təhlükəsiz şəkildə intim həyatını davam etdirə bilər”, – deyə o qeyd edib.
Həmçinin o, bildirib ki, infarktı yaşlı insanların xəstəliyi hesab etmək düzgün deyil. İrsi risklər və xolesterin mübadiləsinin genetik pozuntusu olduqda xəstəlik erkən yaşlarda da insanı haxlaya bilər.





























