Az.shafaqna.com-un verdiyi xəbərə görə, Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Məlumata əsasən, III turda şahmatçılarımız Argentina yığması ilə mübarizə aparırlar. Artıq komandamız növbəti qələbəsini qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz rəqiblərilə qarşılaşmanı qələbə ilə başa vurublar. Nicat Abasov isə rəqibi ilə heç-heçə edib.

Bununla da komandamız aktivinə 2,5 xal yazdırmaqla qələbəni təmin edib. Qədir Hüseynovun oyunu isə hələ davam edir.

Əvvəlki məqaləNorveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib
Növbəti məqalədəBu gün Azərbaycan Əlifbası və Dili Günüdür