Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Peşəkarla yan–yana” layihəsi çərçivəsində gənclərlə görüş təşkil olunub.

“Az.shafaqna.com” xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyindən verilən məlumata görə, Fransa prezidentinin və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AIIC) ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəyli ilə görüş zamanı o, özünün tələbəlik illəri, Fransa təcrübələri və tərcümə kimi fəaliyyəti və sair haqqında bəhs edib, gənclərə arzularının ardınca getməyi, məqsədləri uğrunda daim mübarizə aparmağı tövsiyə edib.

İnteraktiv formada davam edən görüşdə gənclərin sualları cavablandırılıb.

Layihənin keçirilməsində məqsəd uğur qazanmış şəxslərlə gənclərin görüşünü təmin etmək, eyni zamanda, onların öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.

Əvvəlki məqaləAzərbaycanda yeni məktəbli formaları satışa çıxarılacaq – TARİX
Növbəti məqalədəYığmamızdan dünya birinciliyində möhtəşəm finiş: 4 medal və 2 rekord