
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı Sezgin Ərdoğan qəfil naxoşluqdan Suriyanın İdlib əyalətində dünyasını dəyişib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
“Briqada generalı Sezgin Ərdoğan 9 sentyabrda İdlibdəki əməliyyat rayonunda olarkən özünü pis hiss edib. O, dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”, – deyə bildirilib.































