Alex Brandon/AP Photo

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, bu gün ABŞ prezidenti Donald Tramp İraqdakı ABŞ hərbi kontingentinin sayının azaldılması barədə elan edə bilər.

Bu barədə Ağ Evdəki anonim mənbədən məlumat verilib.

Bildirilir ki, Tramp “iri kontingentin İraqdan çıxarılması barədə” elan edəcək, yaxın günlərdə isə Əfqanıstana dair də oxşar bəyanat səsləndiriləcək.

ABŞ KİV-ləri hesab edir ki, Trampın İraq və Əfqanıstanla bağlı gözlənilən çıxışları ölkədə noyabrda keçiriləcək prezident seçkilərinin ərəfəsinda seçicilərə təsir üçün nəzərdə tutulub. Daha öncə Tramp “ABŞ-ı sonsuz müharibələrdən çıxaracağını” demişdi.

“Wall Street Journal” qəzeti 28 avqustda yazmışdı ki, Vaşinqton İraqdakı hərbçilərini 3 dəfə – 3500 nəfərədək azaltmağa hazırlaşır.