Az.shafaqna.com “İmedi”-yə istinadən xəbər verir ki, həftə sonu üçün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası partiya siyahısından olan ilk 15-20 namizədi açıqlayacaq.

Bu barədə parlamentin vitse-spikeri Mamuka Mdinaradze məlumat verib.

Onun sözlərinə görə, partiya siyahısı 2-3 gündən sonra təqdim ediləcək.

Bundan sonra biz seçki kampaniyasını, kəndlərdə görüşləri davam etdirəcəyik… Çox güman ki, sentyabrın sonu və ya oktyabrın əvvəli üçün bütün seçkiqabağı görüşlərdə ətraflı şəkildə çox müzakirə edəcəyimiz proqramın yekin təqdimatı hazır olacaq”, – deyə o qeyd edib.

Mdinaradze deyib ki, bu seçkiləri yüksək demokratiya şəraitində keçirmək Gürcüstan və onun ictimaiyyətinin maraqları çərçivəsindər.

Biz partiya fəallarımıza olduqca ciddi göstərişlər vermişik ki, spekulyasiyalar üçün yer qoymasınlar və istənilən, hətta kiçik münaqişələrdən belə çəkinsinlər”, – deyə o əlavə edib.

Xatırladaq ki, 31 oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. 3 501 931 Gürcüstan vətəndaşının seçkidə iştirak hüququ var.