Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə və İranın dialoqu regiondakı bir çox problemin həllinin təyinedici faktorudur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Ali dərəcəli əməkdaşlıq Şurasının 6-cı iclasının iştirakçılarına xitabən bəyan edib.

Şuranın iclası bu gün onlayn konfrans rejimində iki ölkə prezidentlərinin sədrliyi ilə baş tutub.

Ərdoğan xatırladıb ki, Şuranın öncəki iclası 2018-ci ildə Ankarada baş tutmuşdu.

Türkiyə prezidenti koronavirus pandemiyasının fonunda azalan İranla əlaqə həcminin tezliklə bərpa olunacağına ümidini ifadə edib.

Əminəm ki, Türkiyə və İran pandemiya prosesindən daha güclü çıxacaq”, – Ərdoğan qeyd edib.

O əlavə edib ki, tezliklə İran prezidenti Həsən Ruhani ilə şəxsi görüş keçirməyə hazırdır.