Az.shafaqna.com: Böyük mərcəi təqlid müctehidi və arif yətullah Üzma Behcət (r.ə) bizlərə gözəl bir namaz tövsiyyə edir. Bu namaz istiğfar namazıdır. Ayətullah Behcət buyurur ki, mən bu namazı bir gün də olsa, tərk etməmişəm. Namaz 2 rükətdir, eynilə sübh namazı kimi qılınır. Yalnız istiğfar kəlmələri əlavə edilir.

Qılınma qaydası belədir:
Niyyət : İstiğfar namazı qılıram, qurbətən iləllah.
Təkbirdən sonra Həmd və İxlas surəsini oxuyuruq. Ardınca 15 dəfə “Əstəğfirullahə” deyirik. Sonra rukuya gedib, ruku zikrindən sonra 10 dəfə “Əstəğfirullahə” deyirik. (Yəni ruku vəziyyətində deyirik). Sonra rukudan qalxıb yenə 10 dəfə qiyam vəziyyətində deyirik. Sonra səcdəyə gedib səcdə zikrindən sonra (səcdə halında) yenə 10 dəfə “Əstəğfirullahə” deyirik. Sonra başımızı qaldırıb 10 dəfə bu zikri deyirik. Daha sonra 2-ci səcdəyə gedib yenə 10 dəfə bu zikri təkrar edirik. Sonra səcdədən qalxıb yenə 10 dəfə “Əstəğfirullahə” zikrini deyirik. Və qalxırıq 2-ci rükətə. İkinci rükətdə də eynilə birinci rükət kimi qılınır. Və ikinci rükətin 2-ci səcdəsindən qalxıb həmin zikri 10 dəfə dedikdən sonra Təşəhhüd və salamları deyib namazı bitiririk. Deməli, hər 2 rükətdə Həmd və İxlas Surələrindən sonra “Əstəğfirullahə” kəlməsi 15 dəfə, rukuda və rukudan qalxanda, səcdələrdə və səcdələrdən qalxanda 10 dəfə “Əstəğfirullahə” deyilir. Mənə elə gəlir ki, qaranlıq bir məqam qalmadı, tam aydın yazdım. ALLAH qəbul etsin.

Əvvəlki məqaləİranla sərhəddə Azərbaycan DSX-nin MAXE-ləri saxlanıldı
Növbəti məqalədəİran: Sülh və sabitlik xarici müdaxiləsiz mümkündür