Pakistanın XİN rəhbəri Şah Mahmud Qureyşi koronavirusa yoluxub.
Az.shafaqna.com thenews.com.pk saytına istinadən xəbər verir ki, nazir bu haqda özünün twitter səhifəsində yazıb.
“Bu gün günortadan sonra qızdırma hiss etdim, dərhal evə karantinə saldım. Covid 19 testim pozitiv çıxdı. Allaha şükr özümü gümrah və güclü hiss edirəm. Vəzifələrimə evdən davam edəcəyəm. Xahiş edirəm, dualarınızda məni unutmayın.”, -deyə Qureyşi bildirib.